Apr 11, 2022 12:47 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinə basqın edərək, İslami Müqavimət Hərəkatı HƏMAS-ın liderlərindən biri də daxil olmaqla 9 fələstinlini həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Əhd" portalının məlumatına görə, sionistlərin Qərb sahilinə geniş hücumundan sonra onlarla fələstinlilər arasında şiddətli toqquşmalar baş verib və sionistlər fələstinlilərə hücum edərək, onları döyüblər, doqquz nəfəri isə həbs ediblər.

Məlumata əsasən, həbs edilənlərdən biri HƏMAS lideri Şeyx İsmayıl Əl-Nətahdır. İşğalçı sionistlər onu, Əl-Xəlilin qərbində yerləşən "Əzna" qəsəbəsindəki evinə basqın etdikdən sonra əsir götürüblər.

İşğalçı sionist qüvvələr bazar günü səhər saatlarında Cenin vilayətinin Yəbod qəsəbəsinə hücum edərək 20, fələstinlini həbs edib, bir neçəsini isə yaralayıblar.

Sionist hərbçilər, həmçinin şənbə günü İordan çayının qərb sahilindəki Cenin düşərgəsindək Təl-Əvivdə atışma əməliyyatını həyata keçirən şəxsin evinə basqın ediblər. 

Teqlər