İsrail rejimi həddini aşıb
Sionist hərbçilər əlil və çoxuşaqlı müsəlman qadını qətlə yetirdi
Apr 12, 2022 11:53 Asia/Baku
Sionist İsrail rejiminin əsgərləri əlil müsəlman dul qadını - çoxuşaqlı ananı güllələyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, Xusan şəhərindən olan 45 yaşlı fələstinli müsəlman Qadir Sabatin yaşadığı şəhərin küçələrindən birini keçərkən hərbçilər ona dayanmağı əmr edib.
Qadın reaksiya verməyə macal tapmamış İsrail əsgərlərindən biri ona iki dəfə atəş açıb. Hərbçilərin sözlərinə görə, Sabatin onlara "şübhəli" görünüb. Amma ölən şəxsin üzərində silah olmayıb. Bundan başqa, qadın gözdən əlil olub.
Hadisə şahidlərinin sözlərinə görə, fələstinlilərin ona yaxınlaşıb kömək göstərməsinə icazə verilməyib və qadın küçənin ortasında qanaxmadan şəhid olub. Onu xəstəxanaya çatdıra bilməyiblər.
İndi müsəlman qadının 6 uşağı yetim qalıb.