Səud koalisiyası 61 dəfə Yəməndə atəşkəsi pozub
Apr 17, 2022 12:41 Asia/Baku
Təcavüzkar səud koalisiyası bir daha Yəməndə atəşkəsi pozub.
SəhərAzəri-nin məlumatına əsasən, Yəməndəki hərbi bir mənbə dünən gecə bu ölkənin rəsmi Səba informasiya agentliyilə müsahibədə bildirib ki, səud təcavüzkarları və onların muzdurları ötən sutka ərzində 61 dəfə Yəməndə atəşkəsi pozublar.
Bu hərbi mənbənin bildirdiyinə görə, atəşkəsin pozulması halları Marib və Ləhc əyalətlərindəki hədəflərə tərəf atəşin açılması, raket hücumları və Yəmən əyalətlərinin səmasında qırıcıların və casusluq təyyarələrinin uçmalarından ibarət olub.
BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Hans Qrunberq aprelin birində Yəməndə ikiaylıq atəşkəsin bərqərarından xəbər versə də bu atəşkəs hər gün səud koalisiyası tərəfindən pozulur.