Apr 28, 2022 11:59 Asia/Baku
  • Sionist rejimin gərginliyi şiddətləndirməsinin dəlili

Məscidül-Əqsanın xitabətçisi və Qüds Ali İslami Heyətinin sədri deyib ki, münasibətlərin adiləşdirilməsi və ərəb hökmranlarının susmaları, sionist rejim tərəfindən gərginliyin şiddətləndirilməsinin dəlillərindəndir.

SəhərAzəri-nin məlumatına əsasən, Şeyx Əkrəmə Səbri dünən gecə Əlaləm telekanalı ilə eksklüziv müsahibədə deyib: Hər il on minlərlə müsəlman mübarək ramazan ayında Məscidüləqsaya gedir və orada namaz qılır. Bu səhnə işğalçı rejimin xoşuna gəlmir.

Məscidül-Əqsanın xitabətçisi vurğulayıb: Ərəb və islami bölgəyə hakim kəsilmiş ümumi vəziyyət, xüsusən münasibətlərin adiləşdirilməsi ilə anlaşma tərzi və bəzi ölkələrin sükuta dalmaları, sionist rejim tərəfindən gərginliyin şiddətləndirilməsinin dəlillərindəndir. Bununla belə, işğalçı rejim insanların öldürülməsi, eləcə də işğal olunmuş Qüds şəhərində bayraqlarla yürüşün keçirilməsi məsələlərində uğursuzluğa düçar olub.

Şeyx Səbri deyib: Ümumdünya Qüds Günü dünya müsəlmanlarına xatırladır ki, Qüds mühüm bir məsələdir. Bu mövzu daima diqqət mərkəzində durmalı və Qüdsə doğru bir yolgöstərən olmalıdır.

Məscidül-Əqsanın xitabətçisi vurğulayıb: Ərəb və islami səviyyələrdə insanlar işğalçı rejimə təzyiq göstərmək üçün siyasi, diplomatik və rəsmi fəaliyyətlər göstərməlidirlər.

Teqlər