Apr 29, 2022 15:35 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Media mənbələri sionist hərbçilər tərəfindən üç fələstinli gəncin həbs olunması və işğalçıların Məscidüləqsaya qarşı basqını zamanı yaralanmış fələstinlilərin sayının artmasından xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər tezdən Məscidüləqsanın ərazisinə basqın edən qəsbkar sionist rejim qüvvələri fələstinli gənclərə hücum edib, onların bir qrupunu yaralayıblar. İndiyədək yaralananların sayı qırx iki nəfərə çatıbdır.

Sionist rejim hərbçiləri bu rejimin bayrağına üzdəniraq «hörmətsizlik» adlandırılan iddia ilə bir fələstinli gənci həbs ediblər.

Bu gün səhər baş vermiş toqquşmalarda sionist hərbçilər atəş açmaq və gözyaşardıcı qaz buraxmaqdan əlavə, yolları bağlamaqla yaralıların təcili yardım maşınları ilə müalicə mərkəzlərinə köçürülmələrinin qarşısını alıblar.

Qeyd edək ki, ötən çərşənbə günündən bəri sionist rejim hərbçiləri təhlükəsizlik tədbirlərini gücləndirməklə Məscidüləqsanın ətrafında üç minə yaxın yeni qüvvə yerləşdiriblər.

Bu məhdudiyyətlərə rəğmən, mübarək ramazan ayının 27-ci gecəsində Məscidüləqsanın ərazisinə gələn namazqılanların sayı iki yüz əlli min nəfərə çatıbdır.

 

Teqlər