Apr 30, 2022 11:41 Asia/Baku
  • Nəsrullah:

Livan Hizbullahının baş katibi bu ölkə seçkilərinin İsrail rejiminin hər hansı bir hücumuna reaksiya verməyə mane olmayacağını bəyan edərək, İsrail rejiminin istənilən hücumuna bir anda cavab verəcəklərini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah Ümumdünya Düqs Günü münasibətilə etdiyi çıxışında deyib: "Livanda Müqavimət tam hazırdır və yüksək hazırlıq vəziyyətindədir və sionist rejimin hər hansı axmaq hərəkəti Müqavimətin dərhal və birbaşa reaksiyası ilə üzləşəcək".

Nəsrullah Fələstinin unudulmadığını bildirərək, deyib: "Fələstin məsələsi dinimizin, inancımızın və ləyaqətimizin bir hissəsidir". 

Livan Hizbullahının baş katibi sionist rejimlə əlaqələrin normallaşdırılması prosesinə qarşı mübarizənin vacibliyini vurğulayıb və deyib: " "Bu günlərdə şahidi olduğumuz ən böyük ikiüzlülük odur ki, Fars Körfəzi ölkələri Fələstin xalqının xeyrinə olduğu üçün İsraillə münasibətləri nəzərdən keçirdiklərini iddia edirlər".

Nəsrullah vurğulayıb: "Bir gün Qüdsdə namaz qılacağıq. Sionistlər və düşmənlər bu günü çox uzaqda, biz isə bunu çox yaxında görürük".

Teqlər