May 02, 2022 12:48 Asia/Baku
  • İraqın Ərbil şəhərinin Xəbat bölgəsinə 6 raket atılıb

Xəbər mənbələri İraqın şimalındakı Ərbil vilayətinin Xəbat bölgəsinə raket zərbələrinin endirildiyini bildirirlər.

"Sabereen News" Teleqram kanalı İraq Kürdüstanı Bölgəsindəki Terrorla Mübarizə Təşkilatına istinadən Ərbil vilayətinin Xəbat bölgəsinə altı raket atıldığını təsdiqləyib.

Məlumata görə, raket hücumlarının hədəfi Xəbat bölgəsində yerləşən "KAR Holdinq"ə məxsus neft emalı zavodu olub. 

Bu neft emalı zavodu ötən ayın ortalarında da raketlə hədəfə alınmışdı.

Deyilənlərə görə, "KAR Holdinq" şirkəti İsrail rejiminin Mossad casus agentliyinin gizli bazasına çevrilmiş villanın sahibi Şeyx Baz Kərim Bərzanciyə məxsusdur.

Neft emalı zavodu İraq Kürdüstanından Türkiyəyə neft qaçaqmalçılığı prosesinin bir hissəsidir.

Raket zərbəsi ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Teqlər