Səud PUA-sı vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i388755-səud_pua_sı_vurulub
Yəmən silahlı qüvvələrinin sözçüsü bir silahlı səud casusluq pilotsuzunun Yəmənin Həccə əyalətinin üzərində vurulduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2022 07:24 Asia/Baku
  • Səud PUA-sı vurulub

Yəmən silahlı qüvvələrinin sözçüsü bir silahlı səud casusluq pilotsuzunun Yəmənin Həccə əyalətinin üzərində vurulduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəhya Səri bir tvittdə yazıb: Ərəbistan aviasiya qüvvələrinə məxsus «CH-4» tipli bir casusluq pilotsuzu bu gün Yəmənin Həccə əyalətinin Hirz rayonunun üzərində vurulub.

Səri əlavə edib: Bu pilotsuzun vurulması təcavüzkar əməliyyat zamanı baş verib. PUA, Yəmən istehsalı olan yer-hava tipli bir raketlə vurulub.

Belə bir halda, Yəmən milli qurtuluş hökumətinin hava hücumundan müdafiə sistemləri elə bu tipdən olan başqa bir PUA-nı fevral ayında Yəmənin Həccə əyalətinin üzərində vurmuşdular.