Fələstin səfiri Qərbin sükutuna etiraz edib
Fələstin muxtariyyətinin İngiltərədəki nümayəndəsi Qərb ölkələrinin sionist rejimin Məscidüləqsadakı vəhşicəsinə hərəkətləri qarşısında susmalarına etiraz edib. Bildirib ki, Fələstin dünya xalqlarının geniş himayəsi hesabına azad olacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin Londondakı səfirliyi önündə “İsrailə ölüm!” şüarı verən etirazçıların qarşısında çıxış edən Hisam Zumlut deyib: Sionistlər yaralanarkən İngiltərə və digər Qərb rəsmiləri dərhal etiraz və pisləmə fəryadı edirlər. Nə üçün onlar yüzlərlə sionist əsgər mübarək ramazan ayında İslamın üçüncü müqəddəs məscidi olan Məscidüləqsaya hücum edərkən sükuta dalırlar? Sionist qəsəbə sakinləri fələstinli mülkilərə hücum edərkən pisləmələr harda qalır?
Hisam Zumlut anti-sionist etirazçılar qarşısında söyləyib: Fələstin xalqı Qərbin himayələrinə ümid etmir, amma bütün dünya boyu Fələstin amalına dəstək verən milyonlarla nəfərin dayaq durmasının hesabına ədalətin bərqərarı və azadlıq üzrə səylərini davam etdirəcək.
İngiltərə xalqının müxtəlif təbəqələrindən yüzlərlə nəfər sionist rejimin işğal olunmuş ərazilərdəki cinayətləri və zorakılıqlarının davam etməsinə etirazda sionist rejimin Londondakı səfirliyi önünə toplaşıb, öz hiddətini ifadə edibdir.
Aksiyaçılar anti-sionist şüarlar verib, işğal olunmuş Fələstində aparteid rejiminə, zorakılığa və qəsbkarlığa son qoyulmasını tələb ediblər.