May 05, 2022 11:51 Asia/Baku
  • Məscidüləqsa
    Məscidüləqsa

Sionist qəsəbə sakinləri Fələstinin işğal edilməsinin ildönümü günü bəhanəsilə Məscidüləqsaya basqın ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist qəsəbə sakinlərindən müəyyən qruplar cari həftədə bir çağırışda sionistlərdən istəyiblər ki, cümə axşamı günü dırnaqarası «istiqlal günü» adlandırılan məsələ münasibətilə Məscidüləqsaya getsinlər.

Sionist rejim bu məqsədlə Məscidüləqsanın «Babulmuğaribə» qapısını açıb və sionist qəsəbə sakinlərinin birinci qrupu Məscidüləqsaya daxil olub.

Bununla bağlı, Fəth hərəkatı ümumi hazır vəziyyət elan edib və hamını Məscidüləqsa, Qüds şəhəri və təmas bölgələrinə tərəf gəlməyə çağırıb.

Hərəkatın verdiyi bəyanatda deyilir ki, Qüdsə, Ceninə və digər vilayətlərə qarşı sionist təcavüzü qarşısında və sionist müstəmləkəçiliklə mübarizədə beynəlxalq qanun tərəfindən təmin edilən bütün mövcud yollarla dayanacaq.

Fəth fələstinlilərdən istəyibdir ki, Məscidüləqsada yerləşib, onun ərazilərində Fələstin bayrağını dalğalandırsın və bu yolla sionist qəsəbə sakinlərinin geniş basqını qarşısında dayansınlar.

 

Teqlər