Dörd mindən çox fələstinli didərgin düşəcək
Sionist rejimin ali məhkəməsinin verdiyi hökmə görə, İordan çayının qərb sahilində dörd mindən çox fələstinli didərgin düşəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Bu məhkəmənin hökmünə əsasən, dörd mindən çox fələstinli İordan çayının qərb sahilində yerləşən «Müsafir Yata» bölgəsindəki ərazisindən didərgin salınacaq və sionist rejim otuz min kvadrat-kilometrlik bir ərazini işğal edəcək.
«Müsafir Yata» bölgəsinin şura sədri Nizal Yunis bildirib ki, bu hökm rasist bir qərardır. O, deyib: Sionistlər 22 il bundan öncədən bəri İordan çayının qərb sahilində yerləşən qanunsuz bir qəsəbədə yaşayırlar. Məhkəmə hakiminin verdiyi bu hökm on iki fələstinli kəndində yaşayışı məhv edəcək.
Bu hökm Fələstinin 1967-ci ildə işğal edildiyi zamandan bəri fələstinlilərin didərginliyi üçün ən pis hökmlərdən biri sayılır.