Sionist düşmən məhv olmağa doğru gedir
İslami Cihad Hərəkatının baş katibi vurğulayıb: Fələstinli mücahidlər sionist düşmənlə vuruşmaq və mübarizə aparmaq məsələsində tərəddüd etməməlidirlər, zira düşmən məhv olmağa doğru gedir.
SəhərAzəri-nin məlumatına əsasən, Ziyad Əl-Nəxalə dünən axşam bir çıxışda deyib: Fələstin xalqı bu ölkənin şəhidlərinə borcludur, çünki onlar müvəqqəti sionist rejim təşkil olunandan indiyədək bu rejimlə mübarizə aparıblar.
Əl-Nəxalə əlavə edib: Fələstinli mücahidlər sionist düşmənlə vuruşmaq və mübarizə aparmaq məsələsində tərəddüd etməməlidirlər, çünki sionist düşmən qətl və qırğınla Fələstin xalqını məğlub etmək niyyətindədir və bu səbəbdən, biz öldürülməyi mübarizəyə çevirməliyik.
Ziyad Əl-Nəxalə fələstinli döyüşçülərə xitabən, deyib: Silahlarınızı düşmənə tərəf tuşlayın və ondan münasib məkan və zamanda istifadə edin.