Sionistlər qorxduqlarını etiraf ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i389211-sionistlər_qorxduqlarını_etiraf_ediblər
Sionist rejim ordusunun hərbi mənbələri bildiriblər ki, Həmas başçılarını terroretmə siyasətini izləməkdə davam edirlər, amma belə bir hərəkətə veilə biləcək reaksiyalardan qorxurlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2022 10:31 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Sionist rejim ordusunun hərbi mənbələri bildiriblər ki, Həmas başçılarını terroretmə siyasətini izləməkdə davam edirlər, amma belə bir hərəkətə veilə biləcək reaksiyalardan qorxurlar.

SəhərAzəri-nin məlumatına əsasən, Son həftələr ərzində sionist rejim parlamentinin üzvləri, həmçinin bu rejimin sabiq məsul şəxsləri və jurnalistləri Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın başçılarından olan Yəhya Əlsinvarın terror edilməsi üzrə tələbləri artırıblar. Onlar iddia edirlər ki, Əlsinvar, üç sionistin ölümü ilə nəticələnən Təl-Əviv yaxınlığındakı Əlaad rayonunda keçirilən şəhadətsevər əməliyyatı təşviq edibdir.

Sionist rejim ordusu bu gün bildiribdir ki, Yəhya Əlsinvarın və Həmas-ın hərbi qolu olan Əlqəssam batalyonlarının komandanı Məhəmməd Əlzeyfin terror edilmələri hələ Təl-Əviv üçün bir seçimdir, amma nəzərə almaq lazımdır ki, bu məsələyə hansı cavablar veriləcək.

Əlqəssam batalyonları işğalçılara xəbərdarlıq ediblər ki, müqavimətin başçıları və komandirlərinə qarşı təhdidin yaradılacağı halda, Təl-Əvivə kəskin tərzdə cavab verəcəklər.