May 18, 2022 15:12 Asia/Baku
  • sionistlər
    sionistlər

Media mənbələri Cenin düşərgəsində fələstinlilərlə sionist rejim hərbçiləri arasında şiddətli silahlı döyüşlərin baş verməsindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim ordusunun hərbçiləri bu gün səhər saatlarında Cenindəki bəzi rayonlara basqın və bir neçə fələstinli evini mühasirə ediblər.

Sionist hərbçilərin Ceninə hücumunun ardınca müqavimət mübarizləri onlarla şiddətli silahlı döyüşə daxil olublar. Müqavimət döyüşçüləri əldəqayırma qumbaralar atmaqla sionistlərlə mübarizə aparıblar.

Sionist hərbçilərin bu günün səhər saatlarında Ceninə və İordan çayının qərb sahilinin digər rayonlarına qarşı hücumunda iyirmiyə yaxın fələstinli gənc əsir götürülüb.

 

Teqlər