May 19, 2022 13:54 Asia/Baku
  • İsrail rejimi cinayət məsuliyyətini qəbul etməlidir

Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, Əlcəzirə telekanalının müxbiri Şirin Əbu-Aqilənin öldürülməsi unudulmamalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim hərbçiləri ötən çərşənbə günü İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsinə basqın zamanı əynində jurnalist jileti olmasına rəğmən, Əlcəzirə telekanalının müxbiri Şirin Əbu-Aqiləni şəhid etdilər.

Beynəlxalq Amnistiya Təşkilatı vurğulayıb: İsrail rejimi fələstinlilərə qarşı cinayətlərinə görə məsuliyyəti qəbul etməlidir və biz Əlcəzirə telekanalının müxbiri Şirin Əbu-Aqilənin öldürülməsini unutmamalıyıq.

Beynəlxalq Amnistiya Təşkilatı bundan öncə vurğulamışdı ki, Beynəlxalq Cinayət Məhkəməsi ədalət və həqiqətin aşkar olmasına şərait yaratmalı və bu cinayətlərin davam etdirilməsini təşviq edən/ «cəzalardan qaçmağ»a son qoymalıdır.

Teqlər