May 21, 2022 11:31 Asia/Baku
  • Neftali Bennett:

Sionist rejimin baş naziri rejimin koalisiya hökumətinin digər bir üzvünün sionist rejim parlamenti-Knessetdən çıxmasından narahatlıq ifadə edərək, İsrailin gələcəyinin təhlükə altında olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Bennett hazırkı hökumətin koronavirus, işsizlik, zorakılıq və hökumətin iflici olması ilə mübarizə də daxil olmaqla bir neçə sahədə uğur qazandığını iddia edib.

Bir ay əvvələ qədər sionist rejimin koalisiya hökuməti, 120 yerlik Knessetdə 61 yerə sahib idi, lakin keçən apreldə Yamina partiyasından olan İdit Silmanın istefası ilə bu rəqəm azalıb və Zoubinin parlamentdən və beləliklə də hakim koalisiyadan çıxması ilə hökumətin parlamentdəki yerləri 59-a enib.

Bu elə bir haldadır ki, keçmiş baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi sionist rejim müxalifətinin Zoubinin koalisiya nazirlər kabinetindən ayrılmasından istifadə edərək, çərşənbə günü Knessetin iclasında kabinetin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi planını təqdim etməsi mümkündür.

Teqlər