Ərəbistanında şiələrin öldürülməsi siyasəti davam etdirilir
2 gənc bəhreynlinin edam hökmü təsdiqləndi
Səudiyyə Ərəbistanının Ali Məhkəməsi şiələrin öldürülməsi siyasətinin davamında iki bəhreynli gəncin edam hökmünü qüvvədə saxlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyə Ərəbistanının Appelyasiya Məhkəməsi bu yaxınlarda iki bəhreynli gənci heç bir sübut təqdim etmədən Səudiyyə torpaqlarında təxribat əməliyyatları keçirməyə cəhddə ittiham edib və onların barəsində ölüm cəzası çıxarıb və son qərarı verəcək ali məhkəməyə təqdim edib.
Məlumata əsasən, Bəhreynin "14 Fevral İnqilabı Gənclər Koalisiyası" Ərəbistanın Ali Məhkəməsinin qərarını pisləyib və bildirib ki, beynəlxalq ictimaiyyət səudiyyəlilərin dağıdıcı siyasətlərini dayandırmalıdır.
"14 Fevral İnqilabı Gənclər Koalisiyası"nın bəyanatının davamında deyilir: Sadiq Samer və Cəfər Sultanın ədalətsiz hökmu dayandırılmalıdır. Hazırda Səudiyyə Ərəbistanın Ali Məhkəməsinin bu qərarı ilə Samer və Sultanın həyatı təhlükədədir.
Səudiyyəlilər şiə sakinli Qətif bölgəsindən onlarla nəfəri edam etdikdən sonra bir neçə gün əvvəl Ərəbistanın daha iki şiə vətəndaşını da edam ediblər.