May 23, 2022 16:12 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Sionist rejim hərbçiləri öz düşmənçilik silsilə tədbirlərinin davamında İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionistlərin İordan çayının qərb sahilinə genişmiqyaslı hücumunun ardınca onlarla Fələstin vətəndaşları arasında şiddətli toqquşmalar baş verib və şahidlərin sözlərinə görə, sionistlər bir neçə fələstinlini həbs ediblər.

Bir müddət əvvəl Fələstin mənbələri bu ilin əvvəlindən 1200-dən çox fələstinlinin İordan çayının qərb sahilində sionistlər tərəfindən həbs edildiyini bildirib.

Sözü gedən mənbələr vurğulayıblar ki, saxlanılanlardan 350-i sionist rejimin işğal olunmuş ərazilərdə müqavimət və şəhadətsevərlik əməliyyatlarında iştirak etməkdə ittiham etdiyi şəxslərdir.

Teqlər