Sionistlərin bayraq yürüşü bölgəni alovlandıracaq
Ümumi səfərbərlik elan edən Fələstin müqavimət qrupları bayraq yürüşü yolu ilə Məscidüləqsaya giriş icazəsinin verilməsi və hər hansı ağılsız hərəkət barədə sionist rejimə xəbərdarlıq ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin müqavimət qrupları növbədənkənar iclas keçirib, bəyanat yayıblar. Bəyanatda deyilir ki, sionist rejimin ifadələri və təcavüzlərini yaxından izləyən müqavimət qrupları bu rejimi həmin təcavüzlərin nəticələrində məsul hesab edirlər.
Fələstin müqavimət qrupları bu bəyanatda qəsb olunmuş ərazilərdə, qərb sahilində və Qüdsdə yaşayan fələstinlilərdən istəyiblər ki, Məscidüləqsanı müdafiə etmək üçün cümə günündən etibarən, məscidin ərazisinə toplaşsınlar.
Bayraq yürüşü yolu ilə Məscidüləqsaya giriş icazəsinin verilməsi və hər hansı ağılsız hərəkət barədə sionist rejimə xəbərdarlıq edən Fələstin müqavimət qrupları qeyd ediblər ki, bu plan öz partlayışı ilə, bütün bölgəni alovlandıracaq barıt çəlləyinə bənzəyir.