Suriya xalqı Türkiyənin işğalçılığına etiraz edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i389580-suriya_xalqı_türkiyənin_işğalçılığına_etiraz_edib
Suriyanın Hələb şəhərinin əhalisi bir akisyada Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxmalarını tələb edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2022 10:28 Asia/Baku
  • Suriya xalqı Türkiyənin işğalçılığına etiraz edib

Suriyanın Hələb şəhərinin əhalisi bir akisyada Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxmalarını tələb edib.

SəhərAzəri-nin məlumatına əsasən, Aksiyaçılar Türkiyənin və onun tabeliyində olan qüvvələrin Suriya ərazisindəki hərbi iştiraklarına etiraz ediblər.

Aksiyada Türkiyə qüvvələrinin Suriya ərazisindən dərhal çıxmalarını tələb edən bu ölkə xalqı Türkiyənin beynəlxalq qanunlara riayət və Suriya xalqının tələb və iradəsini qəbul etməsini istəyib.

Hələbin ətrafında yerləşən Təl-Rəfət şəhərində də oxşar etiraz aksiyası keçirilib.

Suriyanın ərazi bütövlüyü və suverenliyinə təkid edən etrazçılar bu ölkə ərazisinin terrorçuların vücudundan tamamilə təmizlənməsi istiqamətində Suriya ordusuna dəstək veriblər.

Suriya hökuməti də dəfələrlə Türkiyənin və «QSD»(Qe-Es-De) qüvvələrinin Suriya ərazisindəki hərbi iştiraklarına etiraz edib.