İyun 03, 2022 15:54 Asia/Baku
  • Tamir Pardo: “İsrail dağılmaq ərəfəsindədir”

Mossad casus təşkilatının keçmiş rəhbəri çıxışında bildirib ki, sionist rejim misli görünməmiş təfriqələrin sayəsində özünü məhv etmək mərhələsinə daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, Mossad kəşfiyyat agentliyinin 2011-2016-cı illər arasında rəhbəri olmuş Tamir Pardo təhlükəsizlik konfransında sionist rejimin daxili süqutu ilə bağlı açıq şəkildə xəbərdarlıq edib.

İsraildəki “Netanya Akademik” institutunda keçirilən “Daqan” Təhlükəsizlik və Strategiya Konfransında çıxış edən Tamir Pardo bildirib ki, İsrail misli görünməmiş parçalanmaların sayəsində dağılmaq ərəfəsindədir.

İşğal olunmuş ərazilərin sakinlərinin bir-birinə qarşı qarşılıqlı nifrətinə toxunan Pardo bunu “özünü məhv edən sistem” adlandırıb və bildirib ki, dörd tur seçkilərdən və Knessetdə çoxluq təşkil edən hökumətin formalaşmasından sonra hələ də Naftali Benneti baş nazir kimi rəsmi şəkildə tanımayanlar var.

 

Onun sözlərinə görə, Naftali Bennetin kabinetinin əleyhdarları Knessetdə koalisiya hökumətinin təklif etdiyi istənilən qanuna qarşı çıxır və onların son məqsədi hökuməti iflic vəziyyətə salmaqdır.

Keçmiş Mossad rəhbəri ötən həftə Qüdsdəki mühacirlər tərəfindən bayraq yürüşü ilə bağlı da İsrail rejiminin Qüdsün köhnə hissəsinə hakim olduğuna şübhə etdiyini bildirib.

Sionist rejimin keçmiş yüksək rütbəli rəsmisinin bu rejimin ağır daxili vəziyyəti ilə bağlı xəbərdarlıq etməsi ilk dəfə deyil. Demək olar ki, onilliklər ərzində bir çox sionist liderlər işğalçı rejimin zəif təməllərinə işarə edərək, daxildən parçalanmaqdan danışırlar.

 

Teqlər