İyun 09, 2022 12:42 Asia/Baku
  • ABŞ-ın Ərbildəki konsulluğuna PUA hücumu edilib

İraqlı mənbələr xəbər veriblər ki, ABŞ-ın Ərbildəki konsulluğu PUA hücumu hədəfinə çevrilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ərbilin Şureş məhəlləsində yerləşən ABŞ konsulluğu bir pilotsuzla hədəfə alınıb.

Bu məlumatı «Sabirin Nyus» teleqram kanalı yayıb.

Bir kürd təhlükəsizlik mənbəyi də Ərbil beynəlxalq hava limanının yaxınlığında bir neçə partlayış səsinin eşidilməsindən xəbər verib.

Əlməyadin və Ələhd telekanalları da öz məlumatlarında həmin hücumu təsdiq ediblər.

«Sabirin Nyus» teleqram kanalı qeyd edib ki, bu hücumdan sonra hadisə yerindən havaya tüstü qalxıb və kürd qüvvələr məkanda komendant saatı qaydaları tətbiq ediblər.

Bəzi ingilis və ərəb mənbələr deyirlər ki, Ərbil şəhərinin əsas magistral yolunda bir neçə avtomobilə qarşı PUA hücumunda MOSSAD-ın terror bölməsinin komandiri öldürülüb.

 

Teqlər