İyun 11, 2022 17:13 Asia/Baku
  • Hələbdə Türkiyə işğalına qarşı etiraz aksiyası keçirilib

Hələbin şimalında suriyalılar aksiya keçirərək, Türkiyə qüvvələrinin ölkələrindən çıxarılmasını tələb ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Suriyanın rəsmi xəbər agentliyi "SANA" məlumat yayıb.

Məlumata görə, Hələbin şimalında yerləşən Təl-Rüfət qəsəbəsi və ətrafında yaşayan sakinlər bu gün Türkiyə işğalını rədd etmək və onun muzdlularının Suriya vətəndaşlarına qarşı vəhşicəsinə hücumlarını qınamaq üçün etiraz aksiyası keçirib.

Məlumatda deyilir ki, suriyalı etirazçılar ölkələrinin Türkiyə tərəfindən işğalına etiraz edərək, işğala son qoyulmasını tələb ediblər.

Suriyanın şimalında yaşayan sakinlər Türkiyənin davamlı təhdidləri və onun muzdlularının hərəkətlərindən cana gəliblər və Ankara qoşunları və muzdlularının ölkəni tərk etməsini istəyirlər. 

Teqlər