Suriya prezidenti təhdid etdi
Türkiyənin hücumuna qarşılıq veriləcək
Suriya prezidenti xəbərdarlıq edib ki, əgər Türkiyə Suriyanın şimalında əməliyyata başlasa, ona qarşılıq veriləcəkdir.
SəhərAzəri-nin məlumatına əsasən, prezident Bəşar Əsəd RT telekanalına açıqlamasında deyib: “Əgər belə bir addım atılsa, ilk növbədə xalq müqaviməti olacaq. Təbii ki, Suriya ordusunun yerləşdiyi mövqelərdə təhlükə yaranarsa, birbaşa cavab verəcəyik”.
Suriya lideri qeyd edib ki, daha əvvəl də Türkiyə ordusu ilə Suriya ordusu üz-üzə gəlib: “Həmin dövrlərdə ordumuz türklərə cavab verə bildi. Hərbi imkanlar imkan verərsə, vəziyyət yenə də eyni olacaq”.
Xatırladaq ki, Türkiyə cənub sərhədlərində təhlükəsizliyi təmin etmək bəhanəsilə Suriyanın şimalında yeni sərhəd əməliyyatları keçirmək niyyətindədir.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bununla bağlı hakim Ədalət və İnkişaf Partiyasının qurultayında deyib: “Cənub sərhədlərimizdə yaratmağa çalışdıqları terror dəhlizini dağıtdıq. Sərhəddə çatışmayanları Suriyadakı yeni əməliyyatlarla tamamlayacağıq. Biz vəziyyəti diqqətlə öyrənirik”.