İyun 13, 2022 13:43 Asia/Baku
  • Xəlil əl-Həyyə
    Xəlil əl-Həyyə

Həmas-ın əlaqələr şöbəsinin sədri deyib: İsrail rejiminin Suriyaya hücumu ona görədir ki, bu rejim Dəməşqi özü ilə əlaqələr üzrə sazişçilər sırasına sövq etdirə bilmədi.

SəhərAzəri-nin məlumatına əsasən, Xəlil əl-Həyyə bir çıxışda İsrail rejiminin Suriyaya son hücumunu kəskin tərzdə pisləyib. Ümidvarlıq edibdir ki, Suriya regiondakı aparıcı rolunu yenidən əldə edəcək.

Əl-Həyyə sionist rejimi bütün region üçün bir təhlükə adlandırıb. Bildirib ki, qanunsuz İsrail rejimi əlaqələrin adiləşdirilməsindən sionist qəsəbəsalmanı şiddətləndirmək, yəhudiləşdirmə və Fələstin xalqına təcavüz üçün istifadə edir və regionun təhlükəsizliyi və sabitliyini hədələyir. Buna görə, onun müttəfiq kimi seçilməsi üçün münasib deyildir.

Həmas-ın əlaqələr şöbəsinin sədri bildirib ki, müqavimət yolunu seçən bu hərəkat öz milli və müdafiə bacarığı və gücünü artırmağı davam etdirir.

O, ərəb və islami ölkələrdən istəyibdir ki, Qüdsü müdafiə və işğalçı rejimi təcrid etmək üçün bütün vasitələrdən istifadə etsinlər.

 

Teqlər