İyun 14, 2022 21:06 Asia/Baku
  • Fələstin
    Fələstin

Fələstində Əsirlər və Azadələrin Məsələləri üzrə Komitə cari ilin əvvəlindən 450 fələstinli uşağın sionist rejim hərbçiləri tərəfindən həbs edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu ilin əvvəlindən sionist hərbçilərin və qəsəbə sakinlərinin fələstinlilərə qarşı cinayətləri müxtəlif ölçülərdə nəzərəçarpacaq dərəcədə artıb.

Fələstində Əsirlər və Azadələrin Məsələləri üzrə Komitə bir hesabatda bildirib ki, bu ilin əvvəlindən 450 fələstinli uşaq həbs edilib ki, onların 353-ü işğal altındakı Qüds sakini olub.  

Hesabat əlavə edir ki, sionist rejim hazırda 170 fələstinli uşağı qorxulu həbsxanalarında saxlayır.

Yetmiş ildən artıqdır ki, məzlum Fələstin xalqının hüquqları işğalçı sionist rejimin çəkmələri altında tapdalanır və bu saxta rejimin məmurları beynəlxalq ictimaiyyətin susqunluğu ucbatından getdikcə daha da həyasızlaşırlar

Teqlər