İordaniyada zəhərli qaz sızması
İordaniyada zəhərli qaz sızması nəticəsində azı on nəfər ölüb, iki yüzdən çox insan isə yaralanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, İordaniyanın Əqəbə limanında qaz sızmasının baş verdiyi əraziyə xilasetmə və yardım qrupları göndərilib.
Qaz sızması qaz tankerinin aşması nəticəsində baş verib.
Hadisə bazar ertəsi günü, iyunun 27-də baş verib. İordaniya hökumətinin sözçüsü Feysəl Əlşəbul tələfatın sayını təsdiqləyib və limanın boşaldıldığını bildirib.
Bəzi yerli mənbələr yaralıların sayını 250 nəfər elan ediblər.
Adının gizli qalmasını istəyən məlumatlı bir mənbə isə Frans-Pressə bildiribdir ki, qaz tankeri bir gəmidən limanın cənubunda yerləşən əraziyə gedərkən aşıbdır.
Əqəbə limanındakı müşahidə kameralarının görüntüləri də göstərir kİ, qəflətən lövbər salmış bir gəmidən çıxan iri həcmdə sarı rəngli qaz limanın yükləmə hissəsində yayılır.
Məlumatlara görə, İordaniyanın baş naziri və daxili işlər naziri hadisənin miqyasını araşdırmaq üçün hadisə yerinə gəliblər.