İyun 29, 2022 11:41 Asia/Baku

İordaniyanın xarici işlər naziri sionist İsraillə hərbi müttəfiqliklə bağlı xəbərlərə münasibət bildirib

SəhərAzəri-nin məlumatına əsasən, Əyman Əs-Səfdi Əlcəzirəyə müsahibəsində deyib: “İsrailin də daxil olacağı bir hərbi ittifaqdan söhbət gedə bilməz. İordaniya ərəb ölkələrinin birgə səylərinin tərəfdarıdır.”

O, Co Baydenin Yaxın Şərqə səfərində İsrail və ərəb ölkələrinin birgə hərbi ittifaq yaratması haqda deyilənlərin doğru olmadığını bildirib.

İordaniyanın xarici işlər naziri həmçinin bildirib ki, ölkəsi İranla yaxşı əlaqələrin tərəfdarıdır və gərginliyi yaradan səbəblərin aradan qaldırılmasını istəyir.

Qeyd edək ki, bundan öncə İordaniya kralı Yaxın Şərqdə NATO-ya bənzər hərbi ittifaqın yaradılmasının tərəfdarı olduğunu demişdi.

Teqlər