İyul 02, 2022 10:07 Asia/Baku
  • İsrail rejimi ordusunun hərbi mərkəzində yanğın olub

Yerli mənbələr İsrail rejimi ordusunun hərbi mərkəzində yanğının baş verdiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin xəbər mənbələri bildiriblər ki, sionist rejim ordusunun işğal olunmuş Qüds şəhərinin şimalında yerləşən Əl-Ram şəhəri yaxınlığındakı kazarmasında yanğın baş verib.

Məlumata görə, yanğın şənbə günü səhər saatlarında başlayıb və hələ də onun qarşısı alınmayıb.

Son bir neçə ayda Fələstinin işğal olunmuş ərazilərində bir sıra hadisələr və yanğınlar baş verib və bu hadisələrin əksəriyyətində onların səbəbləri qeyri-müəyyən olaraq, qalır.

Fələstinin işğal olunmuş ərazilərində silsilə yanğınların və buna bənzər hadisələrin təkrarlanması bu ərazilərdə narahatlıq və əmin-amansızlıq hissinin güclənməsinə səbəb olub.

Teqlər