İyul 02, 2022 15:05 Asia/Baku
  • Sionistlərin turizm saytlarının sındırılması təsdiqlənib

Sputnik xəbər agentliyi sionist rejimin 12-ci telekanalına istinadən təcili xəbərdə iranlı hakerlərin sionist bazalarına hücumunu təsdiqləyib.

SəhərAzəri-nin məlumatına əsasən, mənbə əlavə edib ki, bir qrup iranlı haker sionist rejimin turizm şirkətlərinin saytlarını hədəfə alaraq, onların 300 mindən çox müştərisinin məlumatlarını ələ keçiriblər. 

Digər tərəfdən xəbər mənbələri sionist rejim ordusunun işğal olunmuş Qüds şəhərinin şimalında yerləşən Əl-Ram şəhəri yaxınlığındakı kazarmasında yanğının baş verdiyini bildiriblər. 

Yerli Fələstin mənbələrinin məlumatına görə, yanğın şənbə günü səhər saatlarında başlayıb və hələ də davam edir. 

Həmçinin Əl-Cəzirə telekanalı sionist rejimlə ərəblər arasında pərdəarxasındakı razılaşmaların ifşasının davamında "Gizli olan daha böyükdür" adlı sənədli verilişində Mossadın işə götürmə əməliyyatları vasitəsilə ərəb və fələstinli tələbələri, xüsusən də Türkiyədə həssas təhlükəsizlik və elmi fənlər üzrə təhsil alan tələbələri işə cəlb edərək İstanbulda yaşayan Fələstin müqavimətinin liderlərindən casusluq etməyə çalışdığını bildirib.

Əl-Cəzirə telekanalı bu proqramda ikili agentlər şəbəkəsinin Mossad və onun agentlərinin Türkiyədəki fəaliyyətini ifşa etməyə müvəffəq olduğunu açıqlayıb və qeyd edib ki, Türkiyə kəşfiyyatı İsrail Mossadının planlarını üzə çıxarmaq üçün ikili agentlər şəbəkəsinin hərəkətlərinə nəzarət edib.

Kanal bu proqramda Mossad zabitlərinin İstanbulda işə qəbul olunanların birinə pul köçürmələrini ortaya qoyan sızdırılmış sənədləri əldə etdiyini açıqlayıb.

Teqlər