Sionist hərbçilər arasında cinsi təcavüz halları xeyli artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i390767-sionist_hərbçilər_arasında_cinsi_təcavüz_halları_xeyli_artıb
Sionist rejim ordusunda cinsi təcavüz halları əhəmiyyətli dərəcədə artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2022 06:49 Asia/Baku
  • Sionist hərbçilər arasında cinsi təcavüz halları xeyli artıb

Sionist rejim ordusunda cinsi təcavüz halları əhəmiyyətli dərəcədə artıb.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin mediası sionist ordusunda təqib və cinsi təcavüz statistikasının əhəmiyyətli dərəcədə artdığını bildirib.

Kan şəbəkəsi tərəfindən dərc olunan hesabata görə, 2020-ci ildə iyirmi iki zorakılıq və cinsi təcavüz hadisəsi qeydə alınıb, 2021-ci ildə isə bu rəqəm 46 hadisəyə yüksəlib.

Bu sionist media xəbər verib ki, sionist ordusunda, xüsusən də qadın əsgərlər arasında cinsi təcavüzlərin sayı artmaqda davam edir.

Digər tərəfdən, İsrail ordusunda cinsi təcavüzə görə psixoloji dəstək üçün müraciətlərin sayı iki dəfə artaraq 542 hadisəyə çatıb.

Bu arada İsraildə son 20 ildə israilli gənclərin hərbi xidmətdə iştirak etmək istəyinin azalması tədqiqat dairələrinin diqqətini cəlb edib.