İyul 07, 2022 13:28 Asia/Baku
  • Beyrutda “Salam, komandir!” himni icra edilib

Livan xalqından minlərlə nəfər, xüsusən uşaqlar dünən axşam Beyrutun Zahiyyə məhəlləsində “Salam, komandir!” himninin Livan versiyasını icra ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Livan xalqı cari həftənin şənbə günü də bu ölkənin qərbində yerləşən Sur şəhərinin qədim stadionunda bu himni icra etmişdi.

Himn İmam Mehdi(əc) Skaut Hərəkatı tərəfindən “Salam, komandir!” himninin Livan versiyası kimi bu ölkədə yaradılıb.

Himn yaradılmazdan öncə İmam Mehdi(əc) Skaut Hərəkatının sədri Şeyx Nəziyyə Fəyyaz, Ələhd xəbər portalı ilə müsahibədə demişdi ki: “Salam, komandir!” himni ilə sinxronlaşmağımız və himnin tərbiyəvi, mədəni və emosional təsiri istiqamətində bu layihə üzərində işə başlamışıq.

O, deyib: Bu himn beynəlxalq bir simvola çevrilibdir.

İran himni olan “Salam, komandir!” təsiredici formada Seneqal, Türkiyə, Fələstin, Suriya, İraq, Bəhreyn və Pakistan kimi müxtəlif ölkələrdə və müxtəlif dillərdə yayılıbdır.

 

Teqlər