İyul 08, 2022 19:40 Asia/Baku
  • Fələstinli
    Fələstinli

BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi bildiribdir ki, fələstinlilərin qərb sahilinin cənubunda yerləşən «Müsafiri Yəta»dan çıxarılmaları icbari köç kimi ola bilər. Bu da 4-cü Cenevrə konvensiyasının biabırçı şəkildə pozulması olduğu üçün hərbi cinayət sayılır.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi cümə axşamı günü xəbərdarlıq edibdir ki, beynəlxalq humanitar qanunlar, mülkilərin işğal olunmuş Fələstin ərazilərindən və ya onun içərisindən zorla köçürülmələrini qadağan edib və sionist rejimin başçıları bütün icbari tədbirlərə, o sıradan orada hərbi təlimlərin keçirilməsinə və planlaşdırılmış təxribat və təxliyyəyə son qoymalıdırlar.

Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər üzrə koordinasiya ofisi həmçinin bildirib: 569-u uşaq olmaqla min yüz əlli nəfərdən ibarət 215 fələstinli ailə hal-hazırda «Müsafiri Yəta» bölgəsində yaşayır. Onlar yaxınlıqdakı qəsəbələrdə yaşayan sionist qəsəbə sakinlərinin zorakılıqları, həmçinin öz evlərinin dağıdılması təhdidi ilə üzləşirlər.

Bu sionist qəsəbə sakinləri bölgədəki yolları bağlayır, fələstinli çobanlara hücum edir və fələstinlilərin saman anbarları və otlaqlarını yandırırlar.

 

Teqlər