İyul 14, 2022 13:52 Asia/Baku
  • Fələstin
    Fələstin

Fələstinlilər ABŞ prezidentinin qəsb olunmuş Fələstinə səfərinə etiraz istiqamətində Qəzzədə aksiya keçiriblər. Onlar Vaşinqtonu Təl-Əvivin cinayətlərinin ortağı adlandırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzzə şəhərinin mərkəzində yerləşən Fələstin media cəmiyyəti bu gün bir aksiya təşkil etməklə bildirib: Beynəlxalq və hüquq təşkilatları/ Əlcəzirə telekanalının şəhid müxbiri Şirin Əbu-Aqilənin terror edilməsinə görə, sionist rejimin/ beynəlxalq və media dairələrindən silinməsi barədə real mövqe tutmalıdırlar.

Fələstin media cəmiyyətinin baş katibi Məhəmməd Əbu-Qəmər də deyib: Amerika sionist rejimin media mənsubları barədə törətdiyi cinayətlərə şərikdir.

Fələstinli qruplar da ABŞ prezidenti Co Baydenin qəsb olunmuş Fələstinə səfərinə etiraz olaraq, Əlcəzirə telekanalının şəhid müxbiri Şirin Əbu-Aqilənin terror işinə ədalətli şəkildə baxılmasını tələb ediblər.

Belə bir halda, Fələstində xalq müqavimət komitələri ABŞ prezidenti Co Baydenin bölgəyə səfəri haqdakı açıqlamada heç kəsin Baydenin Fələstin ərazilərinə səfərini alqışlamadığını bildiriblər. Fələstində xalq müqavimət komitələri Fələstin xalqı və onun döyüşçülərini xüsusən Baydenin qəsb olunmuş ərazilərə səfəri zamanı müqaviməti və intifazəni şiddətləndirməyə çağırıblar.

 

Teqlər