Sionist hərbçilər iki fələstinlini şəhid ediblər
Qərb sahilində fələstinli mübarizlərlə sionist hərbçilər arasındakı döyüşlərdə iki fələstinli şəhid olub, doqquz nəfər də yaralanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, sionist rejim hərbçilərinin bu gün səhər Qərb sahilində yerləşən Nablus və Cenin şəhərlərinə qarşı hücumlarında Məhəmməd Ələzizi və Əbdürrəhman Sübh adlı iki fələstinli gənc şəhid olub və Qəbatiyyə şəhərində də sionist hərbçilərlə güclü silahlı döyüşlər baş verib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti xəbər verib ki, qəsbkarr sionist qüvvələrin Qüds şəhərinə qarşı basqını zamanı birbaşa atəş nəticəsində doqquz fələstinli yaralanıbdır ki, onlardan birinin vəziyyəti ağırıdır. İşğalçı qüvvələr həkim qrupunun məkana girişini əngəlləməkdə davam edirlər.
İki fələstinli gəncin şəhadətindən sonra bu gün Nabulsuda ümumi matəm elan olunub.
"Fələstin Online" teleqram kanalı da sionist rejim hərbçilərinin Qüdsdə yerləşən Şəəfat düşərgəsinə qarşı hücumundan və bir neçə gənc fələstinlini həbs etmələrindən xəbər verib.
Son zamanlar bir fələstinli ixtisas mərkəzi qərb sahilində sionistlərə qarşı müqavimət hərəkətləri barədə statistika təqdim etməklə yazıb ki, müqavimət yeni döyüş qaydalarını tətbiq edibdir.
Bundan öncə Həmas-ın siyasi bürosunun sədri İsmayıl Hənyə sionist rejimin fələstinlilərə qarşı təcavüzləri və düşmənçilik hərəkətlərinin şiddətlənməsinə reaksiyada demişdi ki, müqavimət şəhidlərin qanlarının hədər getməsinə icazə verməyəcək.