İyul 30, 2022 11:59 Asia/Baku
  • Nəsrullah: Bütün nailiyyətlərimiz İmam Hüseynin (ə) Aşurası sayəsindədir

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Məhərrəm ayının birinci ongünlüyünün ilk gecəsi mərasimində Beyrutun cənub ətraflarında etdiyi çıxışda Hizbullahın bütün nailiyyətlərinin İmam Hüseynin (ə) Aşurasının sayəsində olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah İslam müqaviməti ilə Kərbəla, Aşura, İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s) və  Kərbəlada onlarla birlikdə olanları bir-birindən ayırmağın mümkün olmadığını bildirib və deyib: "Fədakarlıqlar, müqavimətlər,  Əldə etdiyimiz qələbələr və nailiyyətlər İmam Hüseynin (əleyhissalam) Aşurasının sayəsindədir".

O, əlavə edib: "Biz Livanın 40 illik mübarizə, cihad, səbr, fədakarlıq, sabitlik, qələbə və nailiyyətlər dövründə İslami müqavimətindən danışanda, əlimizdə olan hər şey İmam Hüseynin (əleyhissalam) Aşurasındandır".

Livan Hizbullahının baş katibi qeyd edib: Aşuranın dirçəlişi ilə bizim və xalqın yolu güc, canlılıq, şövq, səbir, mətanət, hazırlıq, fədakarlıq, ümid və Allaha təvəkküllə davam etdi.

Livan Hizbullahının baş katibi ərəb və islam ölkələrini yeni qəməri il münasibətilə təbrik edib.  

Teqlər