Avq 13, 2022 20:10 Asia/Baku
  • Bin Salman əleyhdarlarını sıxışdırmaq üçün təhlükəsizlik bölməsi yaradıb

Məlumatlı mənbələr bildiriblər ki, Səudiyyə Ərəbistanının vəliəhdi bu yaxınlarda ölkə xaricindəki əleyhdarlarını sıxışdırmaq üçün yeni təhlükəsizlik bölməsi yaradıb.

SəhərAzəri-nin məlumatına əsasən, məlumatlı mənbələr Məhəmməd bin Salmanın "Səudiyyə Ərəbistanı"nın xaricdəki əleyhdarlarını sıxışdırmaq məqsədi ilə bu yaxınlarda istifadəyə verilmiş təhlükəsizlik bölməsi üçün 24 milyon dolların ayrılmasını yönləndirdiyini üzə çıxarıb. Mənbələr bildiriblər ki, vəliəhd şahzadə müasir bölməyə bu məbləğin tez bir zamanda verilməsini istəyib. O, yeni təhlükəsizlik bölməsinin maaşlarını artırmağa və Səudiyyə Ərəbistanının əleyhdarlarını izləmək üçün yüksək texnologiyalı və texniki təchizatı təmin etməyə razılaşıb.

Sözü gedən mənbənin sözlərinə görə, səudiyyə vliəhdi, həmçinin rəqiblərin təsirini məhdudlaşdırmaq və onların krallıq daxilindəki əlaqələrini mühasirəyə almaq üçün bütün müşahidə və casusluq üsullarından istifadə etməyi əmr edib. O, krallıq daxilindən xaricdəki müxaliflərlə əlaqə saxlayan hər kəsi həbs etməyə çağırıb.  

Mənbə əlavə edib: "Xaricdəki opponentlərin artan nüfuzu Bin Salmanı kəskin şəkildə narahat edib və o, onları özü üçün ciddi təhlükə hesab edir.  

Bundan əvvəl İnsan Haqları Gözətçisi Təşkilatı bildirmişdi ki, Məhəmməd bin Salman qəddar bir diktatordur ki, krallıqdakı bütün müxalif fikirləri ciddi şəkildə yatırıb.

Bu təşkilat Bin Salmanın insan haqları ilə bağlı dosyesini qara olaraq, xarakterizə edib və vurğulayıb ki, Məhəmməd bin Salmanın krallıq daxilində onu tənqid edənlərə qarşı repressiya və işgəncələrini artırıb. Baxmayaraq ki, o, simvolik bir hərəkətdə bu ilin əvvəlində bəzi tanınmış fəalları azadlığa buraxıb.

 

Teqlər