Müqtəda əs-Sədr İraq xalqından üzr istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392644-müqtəda_əs_sədr_İraq_xalqından_üzr_istədi
İraqın Sədr Cərəyanının lideri Nəcəf Əşrəfdə keçirdiyi mətbuat konfransı zamanı son iki gündə baş verən hadisələrə görə ölkə xalqından üzr istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2022 10:37 Asia/Baku
  • Müqtəda əs-Sədr İraq xalqından üzr istədi

İraqın Sədr Cərəyanının lideri Nəcəf Əşrəfdə keçirdiyi mətbuat konfransı zamanı son iki gündə baş verən hadisələrə görə ölkə xalqından üzr istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Müqtəda əs-Sədr həmçinin öz tərəfdarlarına aksiyaları dayandırmaq üçün ultimatum verib. 
Sədr bildirib: İraqda baş verənlərə görə çox kədərlənirəm. Mən İraq xalqından üzr istəyirəm. Baş verənlərin yeganə qurbanı iraqlılardır. 

Seyid Müqtəda əs-Sədr vurğulyıb: "Mənim ölkəm böyük təəssüf hissi ilə zorakılıq əsiri oldu və bu inqilab deyil."

Sədr Cərəyanının lideri sonra təhlükəsizlik qüvvələrinə və neytral mövqe tutan Əl-Həşd əş-Şəbiyə təşəkkür edib.

O, İraqın yaşıl zonasında parlament qarşısındakı bütün oturaq aksiyalarda iştirak edənlərdən 60 dəqiqə ərzində aksiyanı bitirmələrini və geri çəkilmələrini istəyib.

Sədr söhbətinin sonunda siyasi səhnədən çıxmasının qəti olduğunu vurğulayıb.