İraqda Ərbəin yürüşü iştirakçıları şəhid Süleymaninin şəkillərini daşıyırlar
İraqlı zəvvarlar əllərində İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın "Qüds" qüvvələrinin şəhid komandanı və İraqın Həşdüş-Şəbi Təşkilatının komandir əvəzinin şəkillərini tutaraq, Kərbəlaya doğru yola düşüblər.
SəhərAzəri-nin məlumatına əsasən, bu il İmam Hüseynin (ə) Ərbəini sentyabr ayının 17-ə təsadüf edir və kronavirus böhranından sonra quru sərhədlərinin ilk dəfə açıldığını nəzərə alaraq, iranlı zəvvarların bu il Ərbəin gyürüşündə iştirak etmək üçün böyük həvəsi var.
"Əl-Əhd" kanalının verdiyi məlumata görə, İraq mediaları bu gün bildiriblər ki, İraqın cənubundakı Bəsrə vilayətində İmam Hüseyn (ə) Ərbəini zəvvarlarının yürüşünə İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın "Qüds" qüvvələrinin şəhid komandanı Hacı Qasim Süleymani və İraqın Həşdüş-Şəbi Təşkilatının komandir əvəzinin şəkilləri ilə zinət verilib.
Məlumata əsasən, Bəsrədəki Cənub Mədəniyyət-İslam Mərkəzi bu yürüşü təşkil edib və bu yürüşdə iştirak edənlər İraqın Həşdüş-Şəbi şəhidlərinin və Nəsr komandirlərinin şəkillərini özləri ilə daşıyırlar.
İraqın Gömrük Təşkilatının direktoru Əla Əl-Qeysi Zərbatiyyə və ya Mehran və Şələmçə sərhədlərindən 44 min iranlı zəvvarın İraqa daxil olduğunu açıqlayıb.
Bu iraqlı rəsmi daha sonra İmam Hüseyn (ə) Ərbəini zəvvarlarının gəlişi üçün Zərbatiyyə, Şələmçə, Əl-Münziriyyə və ya Xosrəvi sərhədlərinin, eləcə də Nəcəfi Əşrəf hava limanının nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, zəvvarların gəlişi hər an artır və ötən saatlarda yüzlərlə iranlı Əl-Münzəriyyə sərhədindən İraqa daxil olub və yaxın 72 saat ərzində minlərlə insanın bu sərhəddən İraqa daxil olacağı gözlənilir.