Suriyada amerikanların işğalı altda olan neft yatağında partlayış baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i393325-suriyada_amerikanların_işğalı_altda_olan_neft_yatağında_partlayış_baş_verib
Media mənbələri amerikalı qüvvələrin işğalı altda olan Diyrəzzur bölgəsinin şərqində yerləşən “Əl-Ömər” neft yatağında partlayışın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2022 08:01 Asia/Baku
  • Suriya
    Suriya

Media mənbələri amerikalı qüvvələrin işğalı altda olan Diyrəzzur bölgəsinin şərqində yerləşən “Əl-Ömər” neft yatağında partlayışın baş verməsindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Əlməyadin informasiya kanalı bazar günü gecə təcili bir xəbərdə bildiribdir ki, amerikan qüvvələrin bazasının yerləşdiyi “Əl-Ömər” neft yatağında güclü partlayış baş verib. İndiyədək partlayışın səbəbi müəyyən edilməyibdir.

Amerikanın hərbi qolu olan “İŞİD” terror qruplaşmasının Suriyada məğlubiyyəti ilə, amerikalı qüvvələr birbaşa şəkildə bu qruplaşmanın yerini tutdular və düz o vaxtdan bəri, İŞİD-in yerinə, Suriyanın neftini çıxarıb oğurlamağa başladı və bu ölkə xalqını qırğın etməyi davam etdirdilər.

Son illər ərzində Amerika Qərbi Asiya regionunda, xüsusilə Suriyada xalqın canının bəlasına və onun neft ehtiyatlarının oğrusuna çevrilibdir, hansı ki, bu hərəkəti bundan qabaq İŞİD terror qruplaşması həyata keçirirdi.