Okt 12, 2022 18:32 Asia/Baku
  • BAT-dan Ərəbistana müraciət

Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatda Ərəbistandan bu ölkədə üç gəncin edam edilməsi hökmünün icrasını dayandırmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Human Rights Watch təşkilatının məlumatına əsasən, Ərəbistan 2022-ci ilin ilk altı ayında yüz iyirmi nəfəri edam edibdir ki, bu da ötən il boyunca edam olunanların sayından iki dəfə çoxdur.

Beynəlxalq Amnistiya Təşkilatı qeyd olunan bəyanatda səud başçılarından istəyibdir ki, Abdullah Əlhuvəyti, Abdullah Əldirazi və Cəlal Əlləbadın edamını dayandırsın.

Beynəlxalq Amnistiya Təşkilatında Qərbi Asiya və Şimali Afrika üzrə regional ofisin direktor müavini Diana Səman deyibdir ki, on səkkiz yaşından aşağı yaş dövründə törətdiyi cinayətə görə, bu üç ərəbistanlı gəncə qarşı edam hökmlərinin verilməsi, insan hüquqlarının aşkar şəkildə pozulması deməkdir.

Səman qeyd edibdir ki, Ərəbistan kralı bu hökmləri təsdiq etməməlidir.

 

Teqlər