Əfqanıstandan oğurlanmış əlyazma Quran nüsxələri Avropada hərraca qoyulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i394164-Əfqanıstandan_oğurlanmış_əlyazma_quran_nüsxələri_avropada_hərraca_qoyulub
Əfqanıstandan oğurlanmış əlyazma Quran nüsxələri Avropada hərraca qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2022 10:54 Asia/Baku
  • Əfqanıstandan oğurlanmış əlyazma Quran nüsxələri Avropada hərraca qoyulub

Əfqanıstandan oğurlanmış əlyazma Quran nüsxələri Avropada hərraca qoyulub.

SəhərAzəri-nin məlumatına əsasən, Qətərdə tarixçilərdən ibarət bir araşdırma qrupu deyir ki, nadir əlyazma Quran nüsxələrinə şamil olan onlarla qədim əlyazma Quran nüsxəsi Əfqanıstandan oğurlandıqdan sonra Avropa ölkələrində hərraca qoyulmuşdu ki, onların məsələyə qarışmaları ilə bu nüsxələrin satışının qarşısı alınıb.

Amerikalı hərbçilərin Əfqanıstandakı iyirmi il işğalçılığı dövründə bu ölkədəki xeyli sayda qədim və tarixi əsər oğurlanıb. Amerikalı hərbçilər 2021-ci il avqust ayının sonlarında Əfqanıstandan çıxıblar.

Qətər milli kitabxanasında xüsusi məcmuələr üzrə direktor Stefan İpret bu haqda deyib: 2020-ci ildə xəbərdar oldum ki, Kabildən götürülmüş bəzi mühüm Quran nüsxələri Paris, London və Amsterdamda satışa qoyulub.