Noy 07, 2022 13:13 Asia/Baku
  • Səudiyyəli yeniyetməyə bir yemək payına görə verilən edam hökmü!

Avropa-Ərəbistan İnsan Haqları Təşkilatı Səudiyyə rejimi tərəfindən edam cəzasına məhkum edilmiş yeniyetmə "Əhməd Ali İdğam"ın ittihamlarından biri kimi təhlükəsizlik qüvvələri tərəfindən axtarılan şəxslərdən birinə yemək təmin etmək qeyd edib.

SəhərAzəri-nin məlumatına əsasən, "Əhməd Ali İdğam" Səudiyyə Ərəbistanı tərəfindən edam cəzasına məhkum edilmiş səudiyyəli yeniyetmələrdən biridir.

Əl-Aləm-in məlumatına görə, Avropa-Ərəbistan İnsan Haqları Təşkilatı bildirib ki, "Əhməd Ali İdğam"ın onlar səbəbindən ölüm hökmü ilə üzləşdiyi ittihamlardan biri təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan şəxslərdən birinə yemək payı verməsidir.

Bu təşkilat daha əvvəl Səudiyyə Cinayət Məhkəməsinin 6 yeniyetmə haqqında ölüm hökmü çıxardığını açıqlamışdı.

Eyni zamanda İnsan haqları təşkilatları Səudiyyə Ərəbistanında qanuni yaşdan kiçik 8 uşağın edamını gözlədiyini açıqlayıb və bu məsələ, Səudiyyə hökumətinin 18 yaşından kiçik şəxslərin edamını dayandırdığına dair iddiasını rədd edir.

Avropa-Ərəbistan kimi tanınan insan haqları təşkilatı verdiyi açıqlamada Səudiyyə Ərəbistanında 15 ifadə azadlığı məhbusuna edam hökmü verildiyini açıqlayıb və beləliklə də bu ölkədə edam ərəfəsində olanların sayı 53-ə çatıb.

Bu beynəlxalq təşkilat bütün regional və beynəlxalq tərəfləri Səudiyyə Ərəbistanında edama məhkum edilənlərə yardım etməyə və bu ədalətsiz hökmlərin icrasına mane olmağa çağırıb.  

Qeyd edək ki, bundan əvvəl beynəlxalq insan haqları təşkilatları Səudiyyə Ərəbistanında insan haqlarının acınacaqlı vəziyyəti ilə bağlı xəbərdarlıq etmiş və Səudiyyə Ərəbistanının vəliəhdi "Məhəmməd bin Salmanın" bəzi şou xarakterli azadlıqlar təmin edərək, diqqəti ölkədəki insan haqlarının qeyri-münasib vəziyyətindən yayındırmağa çalışdığını bildirmişdilər. 

Teqlər