Bəhreyn şiələri zülm altındadırlar
Vaşinqton araşdırma mərkəzi bildirib: Bəhreyndəki seçkilər prosesi göstərir ki, bəhreynli şiələr zülm və ayrı-seçkilliyə məruz qalıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Vaşinqton araşdırma mərkəzi Bəhreyn seçkilərinə dair məlumatda bu ölkə hökumətinin Bəhreyn xalqının üçdə ikisi hissəsinə, yəni şiələrə qarşı amansız zülmündən xəbər veribdir ki, bu da həmin ölkənin vəziyyəti barədə şəkk-şübhə və tərəddüdə səbəb olur.
Bu məlumata əsasən, şiə vətəndaşların Bəhreyn sakinlərinin əksəriyyətini təşkil etmələrinə rəğmən, bu məsələ əsla parlamentdə görünmür və onun əksər üzvləri sünni əhlindəndirlər.
Deyilənlərə görə, bundan qabaqkı seçkilərdə şiə namizədlər qırx seçki dairəsinin təkcə on beşində qalib gəlmişdilər.
Hətta şiə əhlinin öz siyasi qüdrətinin zirvəsinə çatdığı 2010-cu ildə belə, şiələr parlament seçkilərində yalnız on səkkiz yer əldə etdilər.