Noy 14, 2022 09:02 Asia/Baku
  • Qətər sionist rejimin bir neçə casusunu həbs edib

Qətər Kəşfiyyat Təşkilatı Qətərdə sionist rejimə casusluq etməkdə şübhəli bilinən Hindistan Hərbi Dəniz Qüvvələrinin 8 keçmiş zabitini həbs edib.

SəhərAzəri-nin Əl-Vətən müstəqil xəbər saytına istinadən yaydığı məlumata görə, oktyabrın sonunda Hindistan adı çəkilən zabitləri azad etmək üçün səfirliyinin məsul işçilərinə kömək etmək məqsədilə Dohaya yüksək çinli rəsmi bir şəxs göndərib.

Qeyd edilir ki, onlara qarşı irəli sürülən ittihamlar hələlik məlum deyil, amma sızdırılan materiallar onların sionist rejimin xeyrinə casusluq etmələrindən bəhs edir.

Qəzet bildirib ki, səkkiz zabit Qətərdə bu ölkənin Hərbi Dəniz Qüvvələrinə logistika və avadanlıqların texniki xidməti kimi təlim və xidmətlər göstərən “Dəhra” adlı özəl şirkət tərəfindən işə götürülüb.

Teqlər