Təl-Əvivdə baş verən atışmada bir sionist yaralayıb
Xəbər mənbələri işğal olunmuş Fələstin ərazilərinin mərkəzində atışma zamanı bir sionistin yaralandığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, ivritdilli media mənbələri Tel-Əvivdə sürətlə hərəkət edən avtomobilin içərisindən açılan atəş nəticəsində bir nəfərin yaralandığını bildiriblər.
Cümə günü axşam atışma elə bir halda baş verib ki, sionist hərbçilər fələstinlilərə qarşı yeni repressiya dalğasında İordan çayının qərb sahilində və Qüdsdə 13 nəfəri həbs ediblər.
Sionist hərbçilər həmçinin cümə axşamı günü Cənin şəhərində güclü iştiraka malik olub və Əl-Cəlbə və Salem keçidlərini bağlayıb, işğal olunmuş ərazilərə insanların keçidi və yüklərin daşınmasının qarşısını alıblar.
Fələstinlilərə qarşı yeni repressiya dalğası çərşənbə günü işğal altında olan Qüdsdə iki sionistin öldürülməsi və 47 nəfərin yaralanmasından sonra baş verib.
İşğal altında olan Qüdsdə 2 partlayışdan sonra fələstinli qruplar ayrı-ayrı bəyanatlarda vurğulayıblar ki, bu cəsarətli əməliyyat işğalçı İsrail rejimi və sionist qəsəbə sakinlərinin işğal olunmuş Qüds, Əl-Əqsa məscidi və Fələstinin digər şəhər və qəsəbələrindəki cinayət və təcavüzlərinə haqlı cavabdır.