Ekrəmə Səbri: Ərəblər Qətərdə normallaşmanın uğursuzluğunu sübut etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i395524-ekrəmə_səbri_Ərəblər_qətərdə_normallaşmanın_uğursuzluğunu_sübut_etdilər
Əl-Əqsa məscidinin xətibi Qətər Dünya Kuboku zamanı ərəb və islam xalqlarının mövqelərinin normallaşmanın uğursuzluğunu sübut etdiyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2022 17:39 Asia/Baku
  • Ekrəmə Səbri: Ərəblər Qətərdə normallaşmanın uğursuzluğunu sübut etdilər

Əl-Əqsa məscidinin xətibi Qətər Dünya Kuboku zamanı ərəb və islam xalqlarının mövqelərinin normallaşmanın uğursuzluğunu sübut etdiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əl-Əqsa məscidinin xətibi Şeyx Ekrəmə Səbri cümə namazı xütbəsi zamanı deyib: "Bu yarışlarda müsəlmanlar normallaşma ilə bağlı düzgün mövqelərini açıqladılar. Ərəb və İslam xalqları Qətərdə dünya çempionatının oyunlarını izləyərkən, Fələstinə, Qüds və Əl-Əqsa məscidinə sevgi və məhəbbətlərini nümayiş etdirdilər".

Ərəb və müsəlman azarkeşlər Dünya Çempionatı matçlarını izləyərkən, bir dəfədən çox Fələstin bayrağını qaldırmaqla yanaşı, İsrail kanallarına müsahibə verməkdən imtina etdilər. 

Dörd ərəb ölkəsi olan Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Məğrib ABŞ-ın təzyiqi və vasitəçiliyi ilə və sionist rejimin fələstinlilərə qarşı törətdiyi cinayətlərə məhəl qoymadan, 2020-ci ildə sionist rejimlə münasibətlərini normallaşdırıblar.