Səud koalisiyası Yəmənin 4 neft yükünü ələ keçirib
Yəmən Neft Şirkəti cümə günü gecə təcavüzkar səud koalisiyasının Yəmənə yanacaq daşıyan daha dörd gəmini ələ keçirdiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Səud koalisiyası Yəmənə qarşı neçə illik təcavüzündə bu ölkədən milyonlarla barel neft oğurlamaqla yanaşı, yanacaq daşıyan gəmiləri saxlamaq və ya Yəmənə girişini əngəlləməklə müharibədən əziyyət çəkən bu yoxsul ölkədə neft törəmələrinin və yanacağın çatışmazlığı böhranını qızışdırıb.
"İran Press" xəbər agentliyinin məlumatına görə, Yəmən Neft Şirkətinin rəsmi sözçüsü İssam Əl-Mütəvəkkil deyib: "Amerikan-səud koalisiyası "Sea Adore" benzin gəmisi, "Golf Aetos" dizel gəmisi və "Princess Khadija və Soprano Sirene" adlı iki dizel gəmisini saxlayıb və onların Əl-Hüdeydə limanına daxil olmasına mane olub".
Əl-Mütəvəkkil, həmçinin bu dörd gəminin ələ keçirilməsi nəticəsində dəyən ziyana görə, təcavüz səud koalisiyasının və BMT-nin tam məsuliyyət daşıdığını qeyd edib.
Əl-Mütəvəkkil beynəlxalq ictimaiyyəti, BMT Təhlükəsizlik Şurasını, insan haqları və humanitar təşkilatları təcavüzkar səud koalisiyasına təzyiq göstərərək, sözü gedən dörd gəmini azad etməyə və dəniz piratçılığının qarşısını almağa çağırıb.
BMT-nin Yəmənə yanacaq daşıyan gəmiləri yoxlamasına baxmayaraq, səud koalisiyası onları saxlayır və onların Əl-Hüdeydə limanına çatmasına mane olur, özü də mühasirə şəraitində olan Yəmən xalqının bu gəmilərin yanacaq yüklərinə ciddi ehtiyacı olduğu bir vəziyyətdə.