Yan 13, 2023 17:09 Asia/Baku
  • Türkiyə Suriya ərazisinin işğalına son qoymalıdır

Suriya prezidenti vurğulayıb: Suriya, Rusiya və Türkiyə rəsmiləri arasındakı üçtərəfli görüşlər Türkiyənin terrorçulara dəstək verməkdən çəkinməsi və işğalçılığa son qoyması ilə nəticələnməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Bəşşar Əsəd bu mətləbi Rusiya prezidentinin xüsusi elçisi Aleksandr Lavrentyev ilə görüşdə dilə gətirib və məsələni belə açıqlayıb: Türkiyə rəsmiləri ilə görüşlər səmərəli və faydalı olmalıdır. Bu cəhətdən, Dəməşq və Moskva bu görüşlərin hədəfləri barədə bir-biriləri ilə öncədən ahəngdarlığa və proqramlaşdırmaya malik olmalıdırlar.

Bir bəyanatda bu mətləbi bildirən Suriya prezident administrasiyasının mətbuat xidməti əlavə edib: Bəşşar Əsəd vurğulayıb ki, Dəməşqin bu görüşlərdə məqsədi, Suriya xalqının maraqları və bu ölkənin siyasi quruluşunun amallarını təmin edəcək duyulası nəticələrə nail olmaqdır.

Suriya prezidentinin sözlərinə görə, bu tələblər  Türkiyənin terrorçulara dəstək verməkdən çəkinməsi və işğalçılığa son qoyması ilə bağlıdır.

Bəşşar Əsədin sözlərinin fonunda qeyd edək ki, Lavrentyev Suriya, Rusiya və Türkiyə müdafiə nazirlərinin iştirakı ilə keçirilən Moskva üçtərəfli görüşünü müsbət dəyərləndirib və belə deyib: Dünyada sürətlə baş verən hadisələrdən istifadə etmək lazımdır. Bu istiqamətdə, üç ölkənin xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşlərin təqib olunması və davam etdirilməsi önəmlidir.

Dünyadakı siyasi və media müharibələrinin kulminasiya nöqtəsinə çatmasına toxunan Suriya prezidenti söyləyib: Bu şərait sayəsində şəffaf və sabit siyasi mövqelər tutulmalıdır. Bu cəhətdən, Dəməşq Rusiyanın Donbas bölgəsindəki hərbi əməliyyatı qarşısında Moskvaya dəstək mövqeyi tutubdur.

Rəsmi Dəməşqin Rusiyanın Ukraynadakı  hərbi əməliyyatı qarşısındakı konstruktiv mövqeyinə görə minnətdarlıq ifadə edən Putinin xüsusi elçisi söyləyib: Hal-hazırda bir çox dünya ölkəsi bu qənaətə gəlibdir ki, döyüşlərin gedişatı Rusiyanın xeyrinədir.

Lavrentyev deyib: Amerika və onun müttəfiqləri öz ardıcıl təzyiqlərinə rəğmən, Rusiya və Suriyanın təcrid olunmaları məsələsində nakam qalıblar.

 

 

Teqlər