Fev 18, 2023 16:32 Asia/Baku
  • İŞİD-in Suriyanın

İŞİD terrorçularının Homsun şərqində Suriya vətəndaşlarına qarşı vəhşicəsinə hücumu nəticəsində 53 nəfər həlak olub.

SəhərAzəri-nin məlumatına əsasən, Suriyanın "Əl-Vətən" qəzeti bildirib ki, Humusun şərqində yerləşən Əl-Suxnə şəhərinin cənub-şərqində İŞİD-in törətdiyi terror hücumu nəticəsində göbələk yığan 53 Suriya vətəndaşı həlak olub.

Agentlik əlavə edib ki, İŞİD terrorçuları yaxınlıqdakı ərazidən iriçaplı pulemyotlardan atəş açaraq, dinc sakinləri hədəfə alıblar, qurbanların bəziləri isə terrorçular tərəfindən sahədə edam edilib. 

Yerli mənbələrin məlumatına görə, həlak olanlar Suriya Daxili İşlər Nazirliyinin "Qlobal İş Təhlükəsizliyi" Departamentinin bir hərbçisi və iki əməkdaşı ilə yanaşı, 53 mülki şəxsdir.

Suriya böhranı 2011-ci ildə regionun parametrlərini sionist rejimin xeyrinə dəyişmək üçün Səudiyyə Ərəbistanı, ABŞ və onların müttəfiqləri tərəfindən dəstəklənən terrorçu qrupların kütləvi hücumu ilə başlayıb.

Suriya ordusu İranın hərbi məsləhətçilərinin köməyi və Rusiyanın dəstəyi ilə bu ölkədəki İŞİD terror qruplaşmasının işini bağlaya bilib. Digər terror qruplaşmaları da məğlub edilir.

Teqlər